Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad edilib.


"Yeni Sabah" Ölkə.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.


Coğrafiya elmləri doktoru, professor Fərda İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışırdı. O, 2021-ci ildən bu vəzifəni tuturdu. İnternet mağaza


Fərda İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışıb.



Telegram kanalımız