Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib.


"Yeni Sabah" xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib.


Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətində problem yaranıb və o, həyatını itirib. Online alış-veriş


Mərhumun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, bu, qadının üçüncü hamiləliyi olub. Onun iki azyaşlı övladı qalıb./Oxu.az



Telegram kanalımız