Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri general Jozef Auna təbrik məktubu göndərib.


"Yeni Sabah" AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:


"Hörmətli cənab Prezident, ShopByBro


Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".



Telegram kanalımız