Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.


“Yeni Sabah” xitab24.az-a istinadla xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.


Alik Kərimov "Metak" şirkətinin rəhbəridir. Onlayn mağaza


Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.


***


Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Anar Kərimovun "Metak" şirkətinin rəhbəri Alik Kərimovun oğlu olduğu iddia edilib. Qeyd edək ki, yayılan məlumat yanlışdır. Qəzada həlak olan şəxsin Alik Kərimovun ailəsi ilə heç bir əlaqəsi yoxdur.



Telegram kanalımız