Elektroenergetika sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin araşdırılması məqsədilə Komissiya yaradılıb.


"Yeni Sabah" xəbər verir ki, Nazirlər Kabineti bu barədə sərəncam verib.


Sərəncama əsasən, elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, bu sahələrin inkişafı üzrə zəruri tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyinin təhlili, habelə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb: ShopByBro


Komissiyanın sədri:


Azərbaycan Respublikasının energetika naziri (Pərviz Şahbazov)


Komissiyanın üzvləri:


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri


Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini


Azərbaycan Respublikası maliyyə nazirinin müavini


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini


Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.



Telegram kanalımız