“Badamdar Estates” MMC nizamnamə kapitalını azaltdığını elan edib.


“Yeni Sabah” xəbər verir ki, kreditorlar Mülki Məcəllənin tələblərinə uyğun olaraq, bu elan dərc edildiyi gündən etibarən 1 ay müddətində tələblərini şirkətin ünvanına və ya telefon/e-poçt əlaqə vasitələri ilə bildirə bilərlər.


Bundan əvvəl “Badamdar Estates” MMC barəsində məcburi auditdən yayınma (İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi) üzrə inzibati xəta protokolu tərtib olunub. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatında olan iş üzrə şirkəti 1500 manatdan 2500 manatadək cərimə gözləyir. Elektronika məhsulları


“Badamdar Estates” MMC-nin sabiq baş xəzinədarı Dünyamalı Qarayev barəsində başlanmış 163 min manatdan artıq vəsaitin mənimsənilməsi işi üzrə istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunur, barəsində həbs qətimkan tədbiri seçilib.


Cəlalə Cəlalqızı



Telegram kanalımız