Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert zamanı tamaşaçıların səhnəni görməsi ilə bağlı problem yaranıb.


“Yeni Sabah” xəbər verir ki, konsertə qatılan vətəndaş zalda oturacaqların yerləşdirilməsindən narazılığını ifadə edib.


O bildirib ki, amfiteatr hissəsinə bilet almasına baxmayaraq, səhnəni izləmək mümkün olmayıb. İnternet mağaza


Tamaşaçı qeyd edib ki, oturduğu yerdən səhnə əvəzinə yalnız divarı görmək olur:


“Filarmoniyada konsertə baxmağa gəlmişik. Evdə yutubdan baxmaq daha yaxşıdır. Burada oturub ancaq tavana baxırsan. Amfiteatrda səhnə görünmür”.


Vətəndaşın çəkdiyi görüntülər sosial şəbəkələrdə yayılıb və müzakirələrə yol açıb.



 



Telegram kanalımız