Bakının Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.


Bildirilib ki, vulkan püskürməsi noyabrın 25-də yerli vaxtla saat 14:06-da səkkiz vulkanətrafı rəqəmsal seysmik stansiya tərəfindən qeydə alınıb. Elektronika məhsulları


Bir fazadan ibarət olan püskürmə 15 dəqiqə davam edib. Püskürmə zamanı ayrılan enerji 1,15×10⁷ coul təşkil edib.


Vulkan püskürməsi 2 kilometr dərinlikdə qeydə alınıb./APA



Telegram kanalımız