Media və Yayım Şurası “Dünya TV” telekanalı barəsində inzibati xəta haqqında protokol tərtib edib.


“Yeni Sabah” xəbər verir ki, “Reklam haqqında” Qanunun pozulmasına görə tərtib olunan protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.


Məhkəmənin qərarı ilə telekanal inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib. Online shopping Azərbaycan


Qeyd edək ki, “Dünya TV”yə qarşı əvvəllər də qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar sanksiyalar tətbiq olunub, telekanalın yayımı müvəqqəti dayandırılıb.



Telegram kanalımız