Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.


“Yeni Sabah” xəbər verir ki, hərraca ümumi məbləği 200 milyon manat olan 2 milyon ədəd kuponlu, ortamüddətli dövlət istiqrazları çıxarılacaq.


Hər bir istiqrazın nominal dəyəri 100 manat, illik kupon dərəcəsi isə 7% təşkil edir. Tədavül müddəti 1080 gün (3 il) olan qiymətli kağızlar üzrə faiz ödənişləri 2027-ci ilin iyunundan başlayaraq hər 6 aydan bir (iyun və dekabr aylarında) həyata keçiriləcək. Əsas məbləğin ödənişi isə 2029-cu il dekabrın 1-də baş tutacaq. Bakıda online alış-veriş


Qeyd edək ki, hərrac zamanı tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi təqdirdə, təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.


Cəlalə Cəlalqızı 



Telegram kanalımız