Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Güləbird kənd yaşayış məntəqəsində yeni təhsil və məktəbəqədər təhsil müəssisələrinin inşası planlaşdırılır. 


“Yeni Sabah” xəbər verir ki, layihə çərçivəsində 432 şagird-yerlik məktəb binasının və 80 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulur. Tikinti işlərinin ehtimal olunan qiyməti 8 milyon 925 min 973 manat təşkil edir. 


Qeyd edək ki, yeni infrastrukturun yaradılması bölgədə sosial mühitin gücləndirilməsinə və sakinlərin təhsil imkanlarının genişləndirilməsinə xidmət edəcək. Elektronika məhsulları


Cəlalə Cəlalqızı



Telegram kanalımız