"Sabah" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.


"Yeni Sabah" xəbər verir ki, Bakı təmsilçisi XIII turda "Araz-Naxçıvan"ı qəbul edib.


Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. Bakıda online alış-veriş


18-ci dəqiqədə Coy-Lens Mikels, 68-ci dəqiqədə Ksander Severina fərqləniblər.


Günün ilk görüşündə "Turan Tovuz" "Kəpəz"i məğlub edib - 2:1.


Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.



Telegram kanalımız