Avropa Yayım Birliyində (AYB) keçirilən səsvermə nəticəsində İsrailin “Avroviziya 2026”da iştirakını davam etdirəcəyi rəsmən təsdiqlənib.


 


Sfera.az xəbər verir ki, qərar təşkilat üzvləri arasında aparılan müzakirələrdən sonra qəbul edilib. Məlumata görə, müsabiqənin yeni səsvermə sistemi də rəsmi şəkildə təsdiqlənib. Yeni mexanizmin detallarının yaxın vaxtlarda açıqlanacağı bildirilir.


 


Səsvermə nəticələrinə əsasən, dörd ölkə, İspaniya, Sloveniya, İrlandiya və Niderland Avroviziyadan kənarlaşıb. Bu ölkələr 2026-cı ildə yarışda iştirak etməyəcəklər. Eyni zamanda müsabiqəni yayımlamayacaqlar. Belçika və İslandiyanın taleyi isə hələlik açıqlanmayıb. AYB bu iki ölkə ilə bağlı qərarı daha sonra elan edəcəyini bildirib.


 


Niyaz Hacıyev


Sfera.az