Bakıda hərbçi vəfat edib.


 


Sfera.az xəbər verir ki, Xəzər rayon 120 saylı orta məktəbin hərbi rəhbəri vəzifəsində çalışan polkovnik-leytenant Azər Sadıqov ötən gün qəfildən ölüb.


 


Onun qan təzyiqinin yüksəlməsi səbəbindən həyatını itirdiyi bildirilib.


 


Qeyd edək ki, A.Sadıqov həm də 1-ci Qarabağ müharibəsi veteranı olub.