AFFA prezidenti Rövşən Nəcəf 2026-cı ildə keçiriləcək dünya çempionatının püşkatma mərasiminə qatılacaq.


 


Sfera.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.


 


Qurumun rəhbəri ABŞ-ın paytaxtı Vaşinqtondakı tədbirdə iştirak edəcək.


 


Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.