Bu gün planetlərin düzümü bir çox bürclərə həm emosional, həm də praktiki məsələlərdə yenilənmə imkanı yaradır. Ulduzlar ehtiyatlı qərarlar, daxili balans və diqqətli ünsiyyətin önəmli olduğunu göstərir.
Sfera.az bu günün bürc proqnozunu təqdim edir:
Qoç
Bu gün Qoç bürcləri üçün diqqət tələb edən mərhələdir. Xüsusilə sənədlər, anlaşmalar və maliyyə ilə bağlı qərarlarda tələskənlik məsləhət görülmür. Ev və sağlamlıq sahəsində planlaşdırılmış dəyişiklikləri ertələmək tövsiyə edilir.
Buğa
Buğalar üçün gün həm məhsuldar, həm də sosial baxımdan əlverişlidir. Güclü enerjinin ağır tapşırıqları asanlaşdıracağını bir gündür. Səyahət, qısa görüşlər və ailə içi dialoqlarda anlaşma ehtimalı yüksəkdir.
Əkizlər
Əkizlər üçün bu gün sosial əlaqələr ön plana çıxır. Ailə ziyarətləri, qohumlarla görüşlər və dost mühitində müsbət atmosfer gözlənilir. Bununla yanaşı, dekorativ və şəxsi alış-verişlərə meyl arta bilər.
Xərçəng
Xərçəng bürcləri üçün bu gün sakitlik və emosional yüngüllük gətirir. Gərginlikdən uzaq durmaq və öz daxili səsinə qulaq asmaq vacibdir. Ulduzlar mühüm qərarlarda tələsməməyi, ailəyə və özünə diqqət ayırmağı tövsiyə edir.
Şir
Şirlər üçün gün enerjisi dəyişkəndir. Emosional dərinlik və intuitivlik yüksəlir. Planet təsirləri ani qərarlardan yayınmağı, iş və şəxsi münasibətlərdə yumşaq davranmağı önə çıxarır.
Qız
Qız bürcləri üçün dürüstlük və açıq ünsiyyət bu günün əsas xəttidir. Uzun müddətdir saxlanılan fikirlərin ifadəsinin həm rahatlıq, həm də yeni imkanlar yaradacağı gündür. Səbirli davranış müsbət nəticə verəcək.
Tərəzi
Tərəzilərə bu gün istirahət, yüngüllük və emosional balans məsləhət görülür. Ağır işlərdən uzaq durmaq və daxili harmoniyanı qorumağı tövsiyə olunur. Gün enerji bərpası üçün əlverişlidir.
Əqrəb
Əqrəblərə ünsiyyət və işgüzar dialoqlarda ehtiyatlı olmaq məsləhətdir. Ofis içi söz-söhbətlərdən uzaq durmaq, söz seçiminə diqqət yetirmək müsbət nəticə verəcək. Dəyişikliyə açıq olmaq tövsiyə olunsa da, hər addım əvvəlcədən ölçülməlidir.
Oxatan
Oxatanlar üçün bu gün yenilənmə və köhnədən azad olma enerjisi daşıyır. Ulduzlar keçmiş planları buraxıb yeni istiqamətlərə yönəlməyin vaxtı gəldiyini bildirir. Birdən çox işi eyni anda görmək əvəzinə, ardıcıllıqla hərəkət etmək uğurlu olacaq.
Oğlaq
Oğlaqlar üçün gün sakit və introspektiv keçir. Dinclik və öz-özünə zaman ayırmaq vacibdir. İş və maliyyə sahəsində tələsik addımlardan çəkinməyiniz tövsiyə olunur.
Dolça
Dolçalar üçün bu gün iş sahəsində yenilikçi fikirlər ön plandadır. Mübahisəli detallara fokuslanmaq əvəzinə, ümumi plana köklənmək uğur gətirəcək. Sosial mühitdə düzgün kommunikasiya mühüm rol oynayır.
Balıqlar
Balıqlar üçün gün sakitlik və daxili harmoniya ilə xarakterizə olunur. Hisslərə qulaq asmaq, sadəlik və ölçülülük bugünkü uğurun açarıdır. Yarımçıq işləri tamamlamadan yenisinə başlamaq məsləhət görülmür.
Fidan Hacızadə
Sfera.az