Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dekabrın 5-də saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.


Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq xəstəxanadan bildirilib. 


Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.


Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.


Aytac Əliyeva



Telegram kanalımız