Suriya ilə Türkiyə arasında, eləcə də Türkiyə ilə Azərbaycan arasında enerji dəhlizi gələcəkdə son dərəcə sərfəli ola bilər.


 


Sfera.az xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak Milken İnstitutunun beyin mərkəzinin təşkil etdiyi “Yaxın Şərq və Afrika 2025” tədbirində deyib.


 


O, Türkiyənin Azərbaycan və Ermənistan üçün həlledici rol oynadığını vurğulayıb.


 


Amerikalı diplomatın sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi imzalandıqdan sonra Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid yaranacaq.


 


“Əgər biz marşrutu Xəzərdən Aralıq dənizinə uzatsaq, bu, bütün regional enerji problemlərini həll etməyə imkan verəcək”, - Barak bildirib.




Firuzə Əliyeva

Sfera.az