Çin müdafiə sənayesində gözlənilməz yeniliklə gündəmə gəlib. İnşaat materiallarından hazırlanmış hipersəs raketi “YKJ-1000” uğurlu sınaqlardan sonra rəsmi olaraq istehsala verilib.
Layihə, həm qeyri-adi konstruksiyası, həm də aşağı maliyyəti ilə beynəlxalq hərbi ekspertlərin diqqətini cəlb edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, çinli kosmik şirkət “Lingkong Tianxing” tərəfindən hazırlanan və sosial mediada “sementli raket” adlandırılan model beton və töküntü strukturlardan istifadə edilməsi ilə fərqlənib. Şirkət, bahalı hərbi ləvazimatlar əvəzinə aşağı xərc tələb edən mühəndislik alətləri ilə daha sərfəli hipersəs raketi yaratdıqlarını bildirib. Raketin texniki xüsusiyyətləri də diqqət çəkib.
“Mach 7” sürətə çata bilən “YKJ-1000”in 1.300 kilometr mənzilə malik olduğu açıqlanıb. Modelin bir ədədinin qiyməti təxminən 700 min yuan (təxminən 99 min dollar) təşkil edir ki, bu da mütəxəssislər tərəfindən “avtomobil qiymətinə hipersəs raketi” kimi dəyərləndirilib. Aşağı maliyyətin səbəbi kimi raketdə istifadə olunan daha ucuz komponentlər göstərilib. Buraya köpük beton əsaslı istilik qoruyucuları, elektrikli ayrılma mexanizmləri, hərbi deyil, sivil kameralar daxildir. Şirkət bildirib ki, “YKJ-1000” bütün əməliyyat testlərindən uğurla keçib və artıq kütləvi istehsala buraxılıb.
Sentyabr ayında Çin Dövlət Şurası sədrinin müavini Zhana Quoqinqin Çendudakı istehsal müəssisəsini ziyarət etməsi, layihənin rəsmi səviyyədə də dəstəkləndiyi kimi qiymətləndirilib.
Bəsti Rəfizadə
Sfera.az