Almaniya kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. 




Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille məlumat verib.




Onun sözlərinə görə, çərşənbə axşamı saat 16:00-da (Bakı vaxtı ilə 19:00) Federal Kansleriyada Paşinyanın hərbi şərəflə qarşılanması planlaşdırılır. Ardınca keçiriləcək danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə olunacaq.


 


Görüşdən sonra liderlərin birgə mətbuat konfransı nəzərdə tutulub.


 


Niyaz Hacıyev

Sfera.az