"Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasını Yeni Günəşli qəsəbəsi ilə əlaqələndirən 36 nömrəli marşrut üzrə mövcud avtobuslar qismən yenilənəcək.


 


Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.


 


Məlumata əsasən, dekabrın 7-dən marşrutda istismar olunan nəqliyyat vasitələri müasir "İsuzu" markalı avtobuslarla əvəz ediləcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.