Bərdədə bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.


 


Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək dirəyə çırpılıb.


 


Zərbənin təsirindən avtomobil yol kənarında aşıb.


 


Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb.


 


Faktla bağlı araşdırma aparılır.