Meqan Marklın atası Tomas Markl əməliyyatdan sonra ayağını itirib. 


 


Sfera.az bildirir ki, 81 yaşlı kişinin ətrafda qan laxtası əmələ gəldikdən sonra bu həftənin əvvəlində sol ayağının dizdən aşağı hissəsi amputasiya edilib.


 


Tomasın oğlu Tomas Markl Jr. (kiçik) verdiyi açıqlamada xəbəri təsdiqləyib.


 


Qeyd edək ki, Meqan Marklın atası bu ilin əvvəlində oğlu Tomas Markl ilə birlikdə Filippinə köçüb. Qızından uzaqlaşmanı "daimi ağrısı" adlandıran Tomas hər şeydən uzaqlaşaraq "yeni bir həyat" yaratmaq istəyib.


 


81 yaşlı kişi bu həftə təcili yardımla Filippinin Sebu şəhərindəki bir xəstəxanaya aparılıb. Mediada yayılan məlumatlara görə, qan laxtası qan dövranını dayandırdıqdan və ətrafı qaraltdıqdan sonra dizinin altındakı sol ayağın hissəsini kəsmək üçün dərhal əməliyyat olunub.


 


Meqanın qardaşı əməliyyat xəbərini təsdiqləyən açıqlama yayıb:


 


"Atam çox cəsurdur. Ayağı əvvəlcə mavi, sonra qara oldu. Bu, çox tez baş verdi. Onu yerli xəstəxanaya apardım, orada müayinə edib ultrasəs müayinəsindən keçdilər və mənə dedilər ki, ayağı amputasiya olunmalıdır."


 


"Çıxış yolu yox idi. Bu, həyat və ya ölüm məsələsi idi"- deyə o əlavə edib.


 




Xatırladaq ki, Tomas Markl qızı Meqanla 2018-ci ildə Şahzadə Harri ilə evləndiyindən bəri münasibətlərini kəsib. O, nəvələri Arçi və Lilibetlə də heç vaxt görüşməyib.


 


Aynil