Bu gün DÇ-2026-nın final mərhələsinin püşkü atılıb.


 


Sfera.az xəbər verir ki, Vaşinqtonda keçiriləcək tədbir saat 21:00-da başlayıb.


 


A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya)


 


B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels - Bosniya və Herseqovina)


 


C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti


 


D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo)


 


E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao


 


F qrupu: Niderland, Yaponiya, Tunis, B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya)


 


G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya


 


H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde


 


I qrupu: Fransa, Seneqal, Norveç, FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq)


 


J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya


 


K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası)


 


L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana


 


Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi mundialda ilk dəfə 48 komanda yarışacaq.