İsrailin müdafiə naziri İsrael Kats və maliyyə naziri Betsalel Smotriç ölkə ordusunda (SAXAL) xidmət müddətini hazırkı 30-32 aydan 36 aya qədər uzatmaq niyyətindədirlər.


 


Sfera.az xəbər verir ki, bu barədə "Maariv" məlumat yayıb.


 


 


Əgər belə olarsa, hazırda xidmət edən və 2026-cı ildə tərxis olunması planlaşdırılan əsgərlər bunu təxirə salmaq məcburiyyətində qalacaqlar.


 


Eyni zamanda, SAXAL-a xidmət üçün çağırılan ehtiyatda olanların sayının 30 000 nəfər azaldılması təklif olunur. Onların yerinə yetirməli olduqları vəzifələr çağırışçılara həvalə ediləcək./unikall