Dekabrın 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.


 


Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.


 


Məlumata görə, dekabrın 6-sı saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.


 


Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanın 64%-i), Lerikdə 2, Qusarda 1 mm-dir.


 


Şərur, Sədərək, Şəmkir, Qobustan, Sabirabad, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.