ABŞ Prezidenti Donald Tramp tarixdə ilk dəfə FİFA Sülh Mükafatını qazanıb. 


 


Sfera.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. 


 


O, 2026-cı il Dünya Kubokunun püşkatma mərasimində mükafatı alarkən deyib:


 


"Bu, həqiqətən də mənim həyatımın ən böyük şərəflərindən biridir. Sadəcə hamıya təşəkkür etmək istəyirəm. İndi dünya daha təhlükəsiz yerdir".


 



Dünya futbolunun idarəedici orqanı FİFA noyabrın 5-də Sülh Mükafatının təqdim olunduğunu elan etdi. FİFA-nın məlumatına görə, mükafat bütün dünyanı birləşdirən sülh naminə müstəsna və qeyri-adi hərəkətlər edən şəxslərə veriləcək. 


 


2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına Kanada, Meksika və ABŞ birgə ev sahibliyi edəcək. Qarşılaşmalar üç qitənin 16 şəhərində keçiriləcək. İlk dəfə olaraq FIFA Dünya Kubokunda 48 komanda mübarizə aparacaq. Əvvəlki bütün dünya çempionatında cəmi 32 komanda mübarizə aparırdı. 


 


Firuzə Əliyeva

Sfera.az