Ötən gün ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


 


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 336, o cümlədən borclu şəxs qismində axtarışda olan 308 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


 


Həmçinin narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.


 


Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.