Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunur. 


 


Sfera.az xəbər verir ki, bayram 2006-cı il 2 dekabr tarixində imzalanmış sərəncama əsasən təsis edilib.


 


Tarixi mənbələrə görə, 6 dekabrın bayram kimi seçilməsi təsadüfi deyil. Məhz 1881-ci ilin bu günündə Bakıda Nobel qardaşları tərəfindən şəhərin ilk telefon xətti çəkilib. Bu hadisə ölkədə rabitə infrastrukturunun formalaşmasında mühüm mərhələ hesab olunur.


 


Hazırda rabitə və İKT sektoru Azərbaycanın sosial-iqtisadi inkişafında strateji rol oynayan sahələrdən biridir. Son illər elektron xidmətlərin genişlənməsi, internet infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsal transformasiya layihələrinin icrası bu sahəyə olan tələbatı daha da artırıb. Ölkənin regionlarında rabitə xidmətlərinin genişlənməsi və yeni texnologiyaların tətbiqi üzrə işlər davam etdirilir.


 


Firuzə Əliyeva

Sfera.az