Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Doha Forumu” çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində iştirak edib.


 


Sfera.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.