Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 8-də Böyük Britaniyaya səfər etməyi planlaşdırır.


 


Sfera.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının özü məlumat verib.


 


Zelenskinin sözlərinə görə, bundan əvvəl hazırda ABŞ-də olan Ukrayna nümayəndə heyəti ilə sülh planı barədə danışmağı planlaşdırır.


 


Dövlət başçısı əlavə edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ona amerikalılarla danışıqlar barədə telefonla məlumat verəcək.