Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək.


Bu barədə Oxu.Az-a Müstəqil Sənayeçi və İş Adamları Dərnəyindən (MÜSİAD) məlumat verilib.


Cevdet Yılmazla yanaşı, Türkiyənin ticarət naziri Ömer Bolatın da Azərbaycana gəlməsi ehtimal olunur.


Onların səfəri dekabrın 23-də Bakı Konqres Mərkəzində keçiriləcək MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin qurultayı ilə bağlıdır.


Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbərləri, eləcə də Türkiyənin rəsmi nümayəndələrinin iştirakı gözlənilir. Qurultayda MÜSİAD-ın yeni İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi, həmçinin qurumun növbəti dövr üçün strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.



Telegram kanalımız