Mingəçevirdə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə az öncə Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişməsində 3 minik avtomobilinin iştirakı ilə qeydə alınıb.


 


İlkin məlumata görə, avtomobillər ciddi zərər görüb, əsas prospektdə nəqliyyatın normal hərəkətində qısa müddətli tıxac yaranıb.