Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində olub.


 


Belə ki, axşam saatlarında yolda idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb.


 


Qəza nəticəsində maşında olan 5 nəfər suda boğularaq ölüb.


 


Faktla bağlı araşdırma aparılır.