Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad gününə gedib-getməyəcəyi ilə bağlı sualı cavablandırıb.


 


Sfera.az xəbər verir ki, "İncə səhər"ə danışan sənətçi Pop kraliçanın yanvarın 26-da olacaq ad gününə qatılacağını bildirib.


 


"Aygün Kazımovanın ad gününə gedəcəyəm, özü də xonça ilə. Əsl dostlar belə olmalıdır" deyə, Röya əlavə edib. 


 


O eyni zamanda Aygün Kazımovanı qonaq dəvət edəcəyini deyib:


 


"Hər il dostlarımla Yeni il keçirdirəm. Bu dəfə başqa Aygün xanım var". (Axşam.az)