Xəbər verdiyimiz kimi, Biləsuvardakı dəhşətli qəzada həlak olanlardan ikisi qardaşdır.


 


Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Vasif Həsənli bir neçə aydır əsgərlikdən gəlibmiş.


 


Rusif Həsənli isə ailəli idi.


 


Bəydili kənd sakini olan Əliqardaş Rəsulzadə isə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.


 


Fotoda: Vasif və Rusif Həsənli 


 



Fotoda: Əliqardaş Rəsulzadə



 


Fotoda: Məhəmməd Məmmədəli


 



 


Qeyd edək ki, Biləsuvarda "Lexus" markalı minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində 5 nəfər ölüb.


 


Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.