Mauro İkardinin oyunundan narazı qalan və ehtiyat hücumçu ilə müqavilə bağlamaq istəyən "Qalatasaray" İtaliyada axtardığı oyunçunu tapıb.


 


Sfera.az xəbər verir ki, Türkiyə klubu "Milan"ın ulduzu Santiaqo Ximenezi ilə maraqlanır.


 


"Sarı-qırmızılar" 24 yaşlı hücumçunu yanvar ayında icarəyə götürmək istəyir.


 


Qeyd edək ki, "Milan" ötən mövsümün ortalarında Ximenez 30,2 milyon avroya transfer etmişdi.