Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


"Yeni Sabah" xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


Qəza zamanı "Niva" markalı minik avtomobili yolun kənarına aşıb.


Hadisə nəticəsində bir nəfər həlak olub.


Faktla bağlı araşdırma aparılır.



Telegram kanalımız