Lionel Messi "İnter Mayami"nin MLS pley-off finalında qələbə qazanması ilə peşəkar karyerasındakı titul sayını 48-ə yüksəldib.


 


Bu nailiyyətlə argentinalı superulduz özünə məxsus olan dünya rekordunu bir daha yeniləmiş oldu.


 


Sfera.az-ın sovsport.ru-ya istinadən məlumatına görə, Messi ən çox titul qazanan futbolçu siyahısında yenə liderliyini qoruyur.


 


Onun ardınca 45 titulla "Barselona"nın sabiq braziliyalı müdafiəçisi Dani Alveş qərarlaşıb.