Göygöldə ölümlə nəticələnən ağır qəza olub.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


 


Belə ki hərəkətdə olan NİVA markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Minik maşını aşandan sonra deformasiyaya uğrayıb. Dərhal əraziyə FHN-nin və polis əməkdaşları cəlb edilib.