Türkiyənin Van vilayətinin Tuşba rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təkanlar yerin 6,11 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində insan tələfatı və ya maddi zərər yoxdur.