Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.


 


 


Sfera.az xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.


 


 


Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.


 


 


Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.


 


 


Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır./report