Alyaskada 5,8 bal gücündə zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Yakutat şəhərindən 90 km şimalda olub. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.


 


Tələfat və dağıntılar barədə məlumat yoxdur.


 


Qeyd edək ki, dekabrın 7-də eyni ərazidə 7 bal gücündə zəlzələ olub.