Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda zəlzələ baş verib.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.


Bildirilib ki, yerli vaxtla 03:31-də 4.3 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.


Zəlzələ ocağı 20.75 kilometr dərinlikdə yerləşib.


AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində dağıntı və insan itkisi qeydə alınmayıb.



Telegram kanalımız