Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində Baş Prokurorluğun və Bakı Hərbi Prokurorluğun əməkdaşlarının iştirakı ilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilib.
Sfera.az DSX-ya istinadən xəbər verir ki, məktəbin müəllim heyəti, eləcə də kursantların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dahi Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edildi, Heydər Əliyev muzeyi ziyarət olundu.
Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı, digər qanunlar və normativ hüquqi aktlardan geniş danışıldı.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verildi.
Tədbirin sonunda qonaqlar Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin inzibati binası – idman zalı, yeməkxana, yataqxana, dərs otaqları, tədris korpusu ilə yaxından tanış olmuş, xatirə fotoşəkli çəkdirdilər.