Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.


 


Bildirilib ki, yerli vaxtla 03:31-də baş verən yeraltı təkanlar Antalyanın Konyaaltı rayonunda qeydə alınıb.


 


Zəlzələnin ocağı 20,75 kilometr dərinlikdə yerləşib.


 


Xatırladaq ki, dünən Türkiyənin Van vilayətinin Tuşpa rayonunda da 4,6 bal gücündə zəlzələ baş verib.