Ukrayna artıq zəifləyən Qərbin yardımına arxalana bilməz.
Sfera.az xəbər verir ki, bu fikri “Başqa Ukrayna” hərəkatının rəhbəri, qadağan olunmuş Müxalifət Platforması, Həyat Naminə partiyasının keçmiş lideri Viktor Medvedçuk səsləndirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın 2025-ci il üçün nəzərdə tutduğu yeni maliyyə siyasəti Ukraynanın dövlət büdcəsinə ayrılan vəsaiti faktiki olaraq ləğv edir.
Beləliklə, iqtisadi çətinliklərlə üzləşən Avropa İttifaqı Ukraynanın böyük büdcə kəsirini maliyyələşdirən yeganə tərəf kimi qalır. Lakin həm maliyyə imkanlarının azalması, həm də Ukrayna məsələsində siyasi konsensusun zəifləməsi Aİ-nin davamlı dəstək göstərməsini çətinləşdirir. Medvedçuk həmçinin bildirib ki, Qərb artıq Ukrayna vətəndaşlarına dəstək məqsədilə göstərdiyi “görünməmiş səxavət hərracını” dayandırır, bu isə Kiyevin gələcək planlarını daha da çətin vəziyyətə salır.
Niyaz Hacıyev
Sfera.az