Kosmik sənayedə texnoloji inkişaf sürətlə davam etdikcə, raketlərin daşıma qabiliyyəti və atış gücü də rekordlar qırır. Yeni nəsil daşıyıcı sistemlər Ay, Mars və daha uzaq hədəflərə aparan yolun əsasını qoyur. Uzun illər ən güclü raket kimi tanınan “Saturn V” artıq zirvəni “SpaceX”in nəhəng sistemlərinə təhvil verib.




Sfera.az bu günə qədər yaradılan ən güclü 10 raketlə bağlı məlumat toplayıb.


 


“SpaceX” “Super Heavy”  




“SpaceX”in hazırladığı “Super Heavy” hazırda dünyanın ən güclü raketi hesab olunur. Uçuş zamanı 16,7 milyon funt yüksəliş gücü yaradan sistem 2023-cü ildə keçirilən ikinci inteqrasiya olunan uçuş testində tam gücünü nümayiş etdirib. Raketin Ay və Mars missiyaları üçün əsas platformalardan biri olması nəzərdə tutulub.




“SpaceX” “Starship Full Stack” 




“Super Heavy” gücləndiricisi ilə “Starship” ikinci mərhələsinin birləşməsi nəticəsində yaranan raket 29 milyon funtdan artıq generasiya edərək tarixdəki ən güclü yüksəliş sistemi kimi qiymətləndirilib. “SpaceX” bu tamamilə yenidən istifadə oluna bilən sistemlə gələcəkdə Marsa müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırıb.




“NASA SLS”




NASA-nın “Artemis” Ay missiyaları üçün hazırladığı “Space Launch System” (SLS) 8,8 milyon funt atılma gücü ilə “Saturn V”i geridə qoyub. Dörd RS-25 mühərriki və iki bərk yanacaqlı “booster” sistemi raketi dərin kosmos missiyalarına uyğunlaşdırıb.




“Saturn V” 




“Apollo” proqramının simvolu olan “Saturn V” uzun illər dünyanın ən güclü raketi statusunu qoruyub. 7,5 milyon funt atılma gücünə malik sistem 12 kosmonavtı Ay səthinə çatdırmaqla kosmos tarixində önəmli yer tutub.




“SpaceX Falcon Heavy” 




Üç “Falcon” 9 nüvəsinin birləşməsindən yaradılan “Falcon Heavy” 5,13 milyon funt atış gücü ilə ağır yük missiyalarında geniş istifadə olunub. Yenidən istifadə oluna bilən strukturu sayəsində kosmik daşımaların xərclərini əhəmiyyətli dərəcədə azaldıb.




“Long March 9” 




Çinin hazırda hazırladığı “Long March 9” raketi tamamlandıqdan sonra “Saturn V”i yükləmə qabiliyyətinə görə üstələyə bilər. Sistem üçün planlaşdırılan atış gücü 16 milyon pounda yaxın qiymətləndirilib. İlk sınaqlar 2025-ci ildə başlayıb.




“Yenisey” 




Rusiyanın “Roscosmos” agentliyinin hazırladığı “Yenisey” raketi alçaq Yer orbitinə 290 min funt yük daşımaq üçün nəzərdə tutulub. Test mərhələləri 2024-cü ilin sonunda başlayıb və sistemin 2028–2030-cu illərdə aktiv istifadəyə veriləcəyi gözlənilir.


 


“Delta IV Heavy” 




ABŞ-nin strateji missiyalarında istifadə olunan “Delta IV Heavy” 4,2 milyon funt atış gücü ilə uzun müddət ağır yük daşımalarının əsas vasitələrindən biri olub. Sistem hələ də bəzi kritik uçuşlarda tətbiq edilib.




“Saturn IB” 




“Saturn I” və “Saturn V” arasında keçid modeli olan “Saturn IB” əsasən orbitə ekipajlı missiyaların daşınmasında istifadə olunub. Sistem ümumilikdə 2,3 milyon funtitmə gücü yaradıb.




Bəsti Rəfizadə

Sfera.az