"Azərbaycanda bütün dükanlar niyə market adlandırılmalıdır?!”


 


Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bu gün Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda deyib.


 


“Deyirlər turistlər üçün... Bağışlayın, turist bu qədər kütdür ki, dükanda ayaqqabı satılması isə qarpız-yemiş satılmasını ayırd edə bilməsin?! Niyə mütləq market olmalıdır? Bu hələ ən primitiv, göz önündə olan misaldır. Nə qədər belə sözlər televiziya və radio vasitəsilə dilimizə girir. Yəni bütün bu misallardan başqa, rus dilindən biz cəmi 6-7 söz – kolxoz, sovkoz, komsomol və s. almışdıq. Beynəlxalq sözləri demirəm, onlar heç, amma bu gün biz ingilis dilindən nə qədər söz alırıq”,- yazıçı vurğulayıb.


 


Firuzə Əliyeva


Sfera.az