"Həsən bəy Zərdabinin heykəli İçərişəhərdən köçürülsün".


 


Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bu gün Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda deyib.


 


A.Rzayev bildirib ki, İçərişəhərdə yerləşən ensiklopediyanın keçmiş binasının birinci mərtəbəsini restoran ediblər. Binanın qarşısında Həsən bəy Zərdabinin heykəli var:


 


"İndi heykəl restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqoji Universitetin bağına köçürülsün. Heykəllərin köçürülməsi təcrübəsi də ölkəmizdə var”, - o bildirib.


 


Firuzə Əliyeva


Sfera.az